Naxçıvan şəhərində ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyət ilə bağlı seminar keçirildi - FOTOLAR

A- A A+

Naxçıvan şəhəri üzrə fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə sanitar-gigiyenik vəziyyət ilə bağlı Naxçıvan şəhər Əliabad qəsəbəsində  maarifləndirici seminar keçirilib.         

Bu barədə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib.  

Tədbirdə vurğulanıb ki, dərs ilinin əvvəlində və hər tətildən sonra tibb bacısı tərbiyəçilərlə birlikdə 2-3 gün ərzində bütün uşaqları profilaktik baxışdan keçirməli, uşaq müəssisələrində təhsil alan uşaqların, dişlərində kariyes xəstəliyi, dayaq-hərəkət sisteminin patologiyası, yastı pəncəlilik, qurd xəstəliyi aşkar olunan uşaqlar, xüsusi idman qruplarına aid olanlar vaxtlı-vaxtında lazımi müalicə-profilaktik tədbirləri ilə daim təmin olunmalıdırlar.

Həmçinin bildirilib ki, ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə uşaqların sağlamlığı ilə əlaqədar müəssisədaxili tələblərə əməl olunmalı, uşaq müəssisələrində uşaqların sağlamlıqlarının qorunması, möhkəmləndirilməsi və yoluxucu xəstəliklərin profilaktikası məqsədilə sanitar-gigiyena tələblərinə əməl edilməli, uşaqlara şəxsi gigiyena vərdişləri (əllərin sabunla yuyulması, dişlərin fırçalanması, dırnaqların və paltarların təmizliyi) aşılanmalı, infeksion xəstəliyə yoluxmuş uşaqların həmin xəstəliyə məxsus karantin müddəti bitməmiş müəssisəyə buraxılmaması (məsələn: qripdə 5 gün, su çiçəyi, qızılcada 20-21 gün) təmin edilməli, müəssisənin ümumi sanitar vəziyyətinin yaxşılaşdırılması üçün ayda bir dəfə “sanitariya günü” olmalı, bütün uşaq müəssisələrinin işçiləri, o cümlədən qida blokunda və ya bufetdə çalışan işçilər vaxtlı-vaxtında tibbi müayinələrdən keçməlidirlər.

Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış bukletlər paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: