Böyük Britaniyalı alimlər: Peyvəndin üçüncü dozası xəstəliyi ağır keçirməyin ən azından 85 faiz qarşısını alır

A- A A+

Böyük Britaniyalı alimlər koronavirusa qarşı peyvəndin üçüncü dozasının xəstəliyi ağır keçirməyin ən azından 85 faiz qarşısını aldığını açıqlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, peyvəndin üçüncü dozasının koronavirusun “omikron” variantına təsiri ilə bağlı britaniyalı alimlərin araşdırmasının ilkin nəticələri açıqlanıb.

Alimlərinin ilkin məlumatlarına görə, üçüncü peyvənd dozası xəstəliyi ağır keçirməyinin 85 faiz qarşısını ala bilər.

Bu göstərici peyvəndin digər variantlarda təqdim etdiyi nisbətdən bir qədər azdır.

Hazırkı vaksinlər ağır mutasiyaya uğramış “omikron” variantına görə, nəzərdə tutulmayıb.

London İmperial Kollecində aparılan başqa bir araşdırma, “omikron”a yoluxma riskinin “delta” variantı ilə müqayisədə 5,4 dəfə yüksək olduğunu təsdiqləyib.

Ölkə daxilində virusa yoluxmada artım müşahidə olunduğu üçün hökumət həftə sonu fövqəladə iclas keçirməyə qərar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: