Şahbuzda təmizlik aksiyası keçirilib

A- A A+

NUHÇIXAN-ın verdiyi  məlumata görə Şahbuz rayonun gəncləri Heydər Əliyev Su Anbarının ərazisində təmizlik aksiyası keçiriblər.  “Təmiz ekologiya- sağlam həyat” devizi altında keçirilən aksiyaya rayonun 20-dən çox fəal gənci könüllü olaraq qoşulub. Onlar  su anbarı ərazisində təmizlik işləri görüblər. Tədbirin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə  münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdir.

Qeyd edək ki, təmizlik aksiyasını Şahbuz Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyi birlikdə  təşkil edib.

                                                                Novruz Məmmədov

        

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: