Sərhəd ərazilərdə dezinfeksiya işləri aparılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının rayon baytarlıq idarələri tərəfindən yerlərdə dezinfeksiya tədbirləri aparılır. Şərur və Sədərək rayon baytarlıq idarələrinin əməkdaşları bu dəfə dezinfeksiya  tədbirlərini sərhəd kəndlərin ərazilərində həyata keçiriblər.

Şərur rayon Baytarlıq İdarəsinin əməkdaşları ilk olaraq rayonun Diyadin kəndinin yaxınlığındakı sərhəddə mal-qaranın keçid yerlərini dezinfeksiya ediblər. Sonra su hövzələrinin ətrafı dərmanlanıb. Müxtəlif yoluxucu xəstəlik törədənlərin məhvinə və xarici mühit obyektlərində toksinlərin dağıdılmasına yönələn bu işdə  təkcə bakteriya və viruslarla mübarizə deyil, həm də infeksiya daşıyıcıları və gəmiricilərin məhvi də nəzərdə tutulur.

Sonra xüsusi dezinfeksiya maşını ilə Ərəbyengicə, Alışar və  Kərimbəyli kəndləri  sakinlərinin mal-qara otarmaq üçün istifadə etdikləri heyvan keçidləri dərmanlanıb.

Sədərək rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən Sədərək-Gömrük keçid məntəqəsinin yaxınlığındakı ərazilərdə də dezinfeksiya tədbirləri həyata keçirilib.

Tədbirlər bundan sonra da davam etdiriləcək.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: