Keçənin hazırlanma qaydası

A- A A+

Xalçaçılıq sənətimizin diqqəti çəkən örnəklərindən biri də keçədir. Öz forması və hazırlanma qaydası ilə tamamilə fərqlənən keçə istər oturaq, istərsə də köçəri həyat tərzi keçirən insanlar, təsərrüfat adamları üçün çox vacib xalça nümunəsidir. Bəs ulularımız qədimdə hər evdə rast gəlinən  keçəni necə hazırlayırdılar? NUHÇIXAN Şərur rayonun Siyaqut kənd sakini, 80 yaşlı  Bəsti Məmmədovanın “Şərurun səsi” qəzetinə bununla bağlı verdiyi məlumatı diqqətinizə çatdırır.

“-Qeyd edim ki, keçə hazırlayana atıcı deyirlər. Atıcı yunu toxmaqla, yayla döyəcləyib açır, yerə çadır salıb, yunu xüsusi alətlə atırdı çadırın üstünə. Bu iş bacarıq tələb edirdi və hər kəsin əlindən gəlməzdi.

Atıcı yunu atandan sonra üstünə qaynar su səpir və səliqəli bükürdü. Bükəndən sonra 5-6 nəfərlə saatlarla möhkəmcə ayaqlayırdı, tapdalayırdılar ki, «bişsin».

Əgər keçəyə gül, naxış vurmaq istəyirdilərsə, rəngli yunu ayrı çadıra büküb, onu da ayaqlayır, «bişirdikdən» sonra qayçı ilə doğrayıb, gül çəkir, yaxud ad yazırdılar.

Naxışlar hazır olandan sonra çadırdakı keçəni yerə açır, naxışları onun üstünə qoyub, bir də bükür, yenə isti su səpib, «bişənəcən» möhkəmcə ayaqlayırdılar. Hazır olandan sonra sərib qurudurdular.

Keçə evdə, çadırlarda, alaçıqlarda döşənək kimi istifadə edilir, qızlara cehiz də verilirdi”.

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: