Şərurda nəqliyyat xidmətinin səviyyəsi yüksəkdir

A- A A+

NUHÇIXAN xəbər verir ki, ilin əvvəlindən indiyədək Şərur ra­yonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən bir milyon tondan artıq yük, 7 milyon nəfərə yaxın sərnişin daşınmışdır. Bu sahədən əldə olunan gəlir isə ümumilikdə 3 milyon manatdan çox olmuşdur.

Rayonda əhaliyə avtomobil nəqliyyatı vasitəsi ilə sərnişindaşınma işinin səviyyəsini yüksəltmək məqsədilə fəaliyyət göstərən avtovağzalın yaxınlığında avtobusların dayanması üçün geniş yer ayrılıb. Buradan hər gün Bakı şəhərinə, Türkiyə Respublikasına və əks istiqamətə marşrutlar işləyir. Sərnişinlərə müasir və rahat avtobuslar vasitəsilə xidmət göstərilir.

Həmçinin, Şərur şəhərindən rayonun müxtəlif kəndlərinə işləyən 50-dək marşrut avtobusu da müəyyənləşdirilmiş qrafik üzrə hər gün sərnişin daşınması ilə məşğul olur.

“Şərurun səsi ” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: