Muxtar respublikada 3-cü doza vaksinasiya davam etdirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat və struktur qurumlarının əməkdaşları “COVİD-19” əleyhinə 3-cü doza vaksinasiyaya cəlb olunub.
Nazirliyin birinci və ikinci doza “Sinovak” vaksininə cəlb olunan 250-dən artıq əməkdaşı 3-cü doza “Pfizer”vaksini qəbul edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Pandemiya ilə mübarizə məqsədilə yeni tibbi avadanlıqlar alınaraq səhiyyə müəssisələrinə təqdim olunması koronavirusla mübarizə tədbirlərin operativ həllinə hərtərəfli şərait yaradıb. Bu virusun dezinfeksiyaedicilərə qarşı çox həssas olması nəzərə alınaraq muxtar respublikada genişmiqyaslı dezinfeksiya və dezinseksiya işləri də aparılıb. Görülən bütün bu profilaktik tədbirlərin nəticəsidir ki, bu gün ölkəmizdə koronavirus infeksiyasına ən az yoluxma faktı məhz Naxçıvanda müşahidə olunur.
Mədinə Rəhimli