Sədərək rayonunda mərasim evləri tikilir - FOTOLAR

A- A A+

Sədərək rayonunda quruculuq tədbirləri genişləndikcə qədim yurdumuzun kənd yaşayış məntəqələri də öz simasını əsaslı surətdə dəyişir. Bunun nəticəsində ayrı-ayrı ünvanlarda müxtəlif təyinatlı obyektlər inşa olunur, mövcud obyektlər yenidən qurulur, onların maddi-texniki bazaları gücləndirilir. Rayonun Dəmirçi kəndində tikilməkdə olan mərasim evi sakinlərin yas mərasimlərini rahat keçirmələrinə şərait yaradacaq. Kənddə tikilən mərasim evi kişilər üçün 268, qadınlar üçün isə 144 yerlik olan iki mərasim zalı, yardımçı otaqlar və mətbəxdən ibarətdir. Mərasim evinin ümumi sahəsi 578 kvadratmetrdir.

Sədərək kəndində inşa edilən mərasim evində də tikinti işləri tam qaydasında gedir. İnşaatçılar üçün normal iş şəraiti yaradılıb. Obyektdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, keyfiyyət amilinə ciddi diqqət yetirilir. Görülən işlər yüksək zövqlə, peşəkarlıqla və müasir memarlıq elementlərindən istifadə edilməklə yerinə yetirilir. Texniki təhlükəsizlik tədbirləri diqqətdə saxlanılır. Qeyd edək ki, rayonun ən böyük kəndi olan Sədərək kəndində tikilən bu mərasim evi hər biri 185 kvadratmetr olan iki mərasim zalı, qazanxana və mətbəxdən ibarət olacaq. Ümumi sahəsi 525 kvadratmetr olan Mərasim evinin həyətində avtomobil parkı da salınacaq.

       “Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: