Britaniyalı həkimlər orqanizmdə D vitamini çatışmazlığının əsas əlamətlərindən danışıblar.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "Daily Express" qəzeti bildirib.
Mütəxəssislərin fikrincə, bu vitaminin çatışmazlığına sümük ağrısı ilə yanaşı, bədən zəifliyi də işarə edə bilər. Həkimlər D vitamini çatışmazlığının ürək və ya xərçəngdən ölüm riskinin artması ilə əlaqəli olduğunu vurğulayıblar.
Mütəxəssislər bu vitamini qəbul etməzdən əvvəl həkimə müraciət etməyi məsləhət görüblər.