BMT-nin baş katibi dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb

A- A A+

Hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə BMT baş katibi Antonio Quttereş öz "Twitter" səhifəsində yazıb.

A.Quterreş bildirib: "COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Hazırkı səhiyyə sistemi böhranını həll edərkən, növbəti vəziyyətə hazırlaşmalıyıq".

BMT rəhbəri çağırış edərək qeyd edib: "Beynəlxalq epidemiyaya qarşı hazırlıq günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni verək".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: