Hörümçəkləri evdən uzaqlaşdırmaq üçün

A- A A+

Evin təmizliyinə nə qədər diqqət etsək də, bəzən hansısa küncdə hörümçəyin tor qurduğunu görürük. Hörümçəkləri evdən uzaqlaşdırmaq üçün müxtəlif kimyəvi üsullar mövcuddur. Əgər allergiyanız varsa, ya da o dərmanlara pul vermək istəmirsinizsə, evinizdəki vəsaitlərlə hörümçəkləri uzaqlaşdıra bilərsiniz.

NUHÇIXAN bu vəsaitləri təqdim edir:

-10 damcı nanə yağı

-5 damcı evkalipt yağı

- Duru sabunu

- Sprey şüşəsi

- Pambıq

- Su

Hazırlanması:

Bütün vəsaitləri sprey şüşəsinin içərisinə tökün və üzərinə son olaraq da nanə yağını əlavə edin, yaxşıca çalxalayın. Qapılara, divarlara, hörümçəklərin gələ biləcəyi hər yerə sıxın. Yaxşı bir nəticə almaq üçün bunu həftədə ən az bir dəfə təkrarlayın.

Eyni zamanda pambığı qarışıma batıraraq mebellərin üzərinə və rəflərin içərisinə də qoya bilərsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: