Muxtar respublikada əsgərlərə bayram sovqatı aparılmasına başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi, “İmplant-dent Naxçıvan” Stomatoloji Klinika və “Zer” topdansatış müəssisəsinin kollektivləri ənənəyə sadiq qalaraq Naxçıvan şəhərindəki  hərbi hissədə əsgər və zabitlərin qonağı olub, onlara bayram sovqatı aparılıb.

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Behruz Əzimov əsgərlərlə görüşdə ölkəmizdə orduya göstərilən qayğıdan danışıb. Behruz Əzimov  dövlətimizin keşiyində daim ayıq və sayıq dayanan əsgər və zabitləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

“İmplant-dent Naxçıvan” Stomatoloji Klinikasının baş həkimi Rauf Cəfərov və “Zer” topdansatış müəssisəsinin əməkdaşı Elnur Cəbiyev əsgərlərimizə xidməti vəzifələrində uğurlar arzulayıblar.

Hərbi hissənin zabiti, polkovnik-leytenant Vüqar Heydərov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonra gətirilən bayram sovqatı əsgərlərə təqdim edilib. 

                                                                              Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: