Şahbuz rayonunun müəssisə və təşkilatlarının kollektivləri əsgərlərə bayram sovqatı aparıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun bir sıra idarə, müəssisə və təşkilatlarının kollektivləri də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibətilə rayon ərazisindəki hərbi hissələrdə olub, əsgərlərə bayram sovqatı aparıblar.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev şəxsi heyətlə görüşü zamanı Vətən müharibəsindəki Ordumuzun şücaətindən danışıb.

Vurğulanıb ki, Vətən müharibəsində Şahbuz rayonundan olan əsgər və zabitlər də qəhrəmanlıq göstərib, şəhidlik zirvəsinə yüksəliblər. Onların igidliyi həmişə xatırlanacaq, əziz xatirəsi daim ürəklərdə yaşayacaqdır.

Gətirilən bayram sovqatı, eləcə də yerli istehsal və kənd təsərrüfatı məhsulları hərbi hissəyə təhvil verilib.

Bu gün həm də Şahbuz Rayon Məhkəməsinin, Prokurorluğunun, Polis Şöbəsinin kollektivləri həmin hərbi hissədə olaraq əsgərlərimizə bayram sovqatı təqdim ediblər.

Qeyd edək ki, həmin gün rayon Elektrik şəbəkəsi, Maliyyə, Təhsil və Mədəniyyət şöbələrinin, rayon Vergilər idarəsinin, Əhalinin Sosial Müdafiə Mərkəzinin, Dövlət Sosial Müdafiə Fondu Şahbuz Rayon Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şahbuz Rayon Şöbəsinin və rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin kollektivləri də rayon ərazisindəki hərbi hissələrdə olub, ucqar sərhəd bölgələrində xidmət edən əsgərlərimizlə görüşüb, onlara bayram sovqatları təqdim ediblər.

                                                         Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: