Naxçıvanda körpələr evində balaca fidanlara bayram sovqatı verilib - VİDEO
Onlar dövlətimiz tərəfindən heç vaxt unudulmur. Çünki o mələklər əhalinin ən həssas, eyni zamanda xüsusi diqqətə və qayğıya ehtiyacı olan nümayəndələridir. Bu bayramda da onlar unudulmadı. Hədiyyələr qəbul etdilər, sevindilər, əyləndilər. Necə deyərlər, uşaq gülərsə, bəşəriyyət gülər.
31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir təşkil olunub.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Xanım Rüstəmzadə