Həmrəylik bayramı xalq-ordu birliyinin əsasını təşkil edir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Azərbaycan Beynəlxalq Bankı Naxçıvan Filialının və Naxçıvan Tikiş Fabrikinin kollektivləri 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Şahbuz rayonu ərazisindəki hərbi hissədə olub, vətənin keşiyində dayanan əsgərlərə  sovqat aparıblar.

“Ümummilli lider Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəylik bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatıdır”,- deyə çıxış edənlər bildirib. “Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanan müzəffər Ordumuz qürur mənbəyimizdir” fikirləri sənləndirilib.

Hərbi hissənin əsgəri Cavad Heydərov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Gətirilən bayram sovqatı və ərzaqlar hərbi hissəyə təhvil verilib.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: