Naxçıvanda növbəti şənbə konserti təşkil olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar növbəti şənbə konserti   təşkil olunub.

 Naxçıvan şəhərinin Saat meydanında təşkil olunan konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının   ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova kimi tanınmış bəstəkarların  mahnıları səsləndirilib.

Konsertin proqramında bəstəkar mahnıları ilə yanaşı xalq mahnıları da səslənib.

Bir saatdan artıq  davam edən konsert tamaşaçılarda  xoş əhval-ruhiyyə yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: