Topxana meşəsinin bərpası ilə bağlı işlər görülür - Nazir müavini

A- A A+

Qarabağda Topxana meşəsinin bərpası ilə bağlı işlər görülür.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ərazilər minalardan tam təmizlənmədiyindən bu istiqamətdə tam bərpa işləri görmək mümkün deyil.

"Hələlik bu ərazilərdə ürəyimiz istəyən işləri görə bilmirik. Çünki ərazilər minalanıb. Təmizləndikcə biz işlər görürük. Bu il işğaldan azad olunmuş ərazilərdə 20 mindən çox ting əkilib, 3 tona yaxın toxum səpilib", - deyə nazir müavini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: