Naxçıvanda seçki komissiyasının üzvləri qanvermə aksiyasında iştirak edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və muxtar respublikada fəaliyyət göstərən dairə-seçki komissiyasının əməkdaşları iştirak edib.
Qanvermə aksiyası zamanı donorların təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Bu xeyirxah təşəbbüsə qoşulan kollektiv üzvlərinin hər biri müvafiq müayinələrdən keçirilib və qanvermə aksiyasında iştirakı təmin edilib. Aksiyada 20 nəfər iştirak edib, onlardan 10 litr qan tədarük edilib.
Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Adilə Səfərova