Dövlət-xalq-ordu birliyinin Naxçıvan nümunəsi - əsgərlərimizə bayram sovqatları aparılır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və “Naxçıvan Avtoservis” MMC-nin kollektivləri Naxçıvan şəhərindəki hərbi hissənin əsgər və zabitləri ilə görüşüblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov, “Naxçıvan Avtoservis” MMC-nin direktoru Əsəd Zeynalov, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva, nazirliyin aparat rəhbəri Vüqar Babayev əsgər və zabitləri bayramlar münasibətilə təbrik edib, xidməti vəzifələrində uğurlar arzulayıblar.

Tibbi taborun komandiri Ramin Qənbərov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Sonra gətirilən bayram sovqatı əsgərlərə təqdim edilib.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: