Şahbuz şəhərindəki Ahıllar evinin sakinlərinə bayram sovqatları verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildiriblər ki, muxtar respublikamızda ahıllar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur və bu qayğı ildən-ilə daha da artır. Qeyd olunub ki, muxtar respublikamızın ahıl sakinlərinə müxtəlif növ sosial xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Ahıl insanların sağlamlıqlarının qorunması, tibbi reabilitasiyası da diqqət mərkəzində saxlanılır.
Sosial könüllülərin də iştirak etdiyi tədbirin bədii hissəsində Şahbuz Rayon Mədəniyyət şöbəsinin “Batabat” İnstrumental Ansamblı sakinlər qarşısında konsert proqramı ilə çıxış edib.
Görüşdə sakinlərə bayram hədiyyələri təqdim olunub.
Kəmalə Əliyeva