"Delta" və "Omikron" yeni pandemiya dalğasına səbəb ola bilər" - ÜST rəhbəri

A- A A+

"Koronavirusun "Delta" və "Omikron" ştamları yeni pandemiya dalğasına səbəb ola bilər".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus deyib.

Onun sözlərinə görə, “Delta” və “Omikron” ştamları yoluxmanın sayının artmasına səbəb olur ki, bununla da xəstəxanaya yerləşdirmə və ölüm halları artır.

ÜST rəhbəri əlavə edib ki, xüsusi narahatlıq doğuran məqam "Omikron"un daha yoluxucu olmasıdır.

O, əlavə edib ki, peyvənd bərabərsizliyinə son qoyulması koronavirusun yeni variantlarından qorunmaqda əsas şərtdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: