Ordubad rayonunun sərhədçilərinə bayram sovqatı paylanılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ordubad rayonunda yerləşən sərhəd zastavasında xidmət edən hərbi qulluqçularla görüşüb, onlara bayram sovqatları təqdim ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev hərbi qulluqçuları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Bildirib ki, xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır. Qeyd edilib ki, avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırığa uyğun olaraq, əlilliyi olan şəxslər tərəfindən 2500 cüt yun corab, 800 ədəd yun jilet və 1000 ədəd yun boyunluğun toxunaraq hərbi hissələrə təhvil verilməsi də bu birliyin növbəti bariz nümunəsidir.
Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Gətirilən sovqat hərbi hissəyə təhvil verilib.
Hafizə Əliyeva