Babək rayonunun sərhəd kəndlərində  infrastruktur yenilənir - FOTOLAR

A- A A+

NUHÇIXAN-ın verdiyi məlumata görə, Aşağı Buzqov kəndində yenidən qurulan məktəb binası 3 mərtəbədən ibarətdir.  Məktəbdə 11 sinif otağı, 2 laboratoriya, 1 kompüter otağı, 2 elektron lövhəli sinif, şahmat sinfi, kitabxana, hərbi kabinə və idman zalı yaradılıb. Məktəb binasında tikinti işləri başa çatdırılıb. Hazırda həyətdə abadlıq işləri görülür. Aşağı Buzqovda kənd mərkəzi də inşa olunur. Üç mərtəbədən ibarət kənd mərkəzində həkim ambulatoriyası, poçt, kitabxana, baytarlıq xidməti, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, YAP ərazi ilk təşkilatı, bələdiyyə və klub yerləşəcək. Kənddə tikilən  xidmət mərkəzində də işlərin böyük bir qismi başa çatıb. Hazırda mərkəzin həyətində abadlıq işləri görülür. Yerə daş döşənir. Kənd yolunun kənarlarına suburaxıcı  beton kanallar çəkilir.

Kompleks quruculuq işləri Yuxarı Buzqovda da davam edir. Kənddə yeni  məktəb, kənd və xidmət mərkəzləri tikilir, yol infrastrukturu yenilənir.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: