Naxçıvanda əsgərlərə bayram sovqatlarının aparılması davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və "Cahan Holdinq" Kommersiya Şirkətləri İttifaqının kollektivləri 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərindəki hərbi hissədə əsgərlərin görüşünə gediblər.  

Görüş zamanı Gənclər və İdman naziri Ramil Hacı hərbçilər üçün yaradılan əlverişli xidməti şəraitdən, müasir döyüş texnikaları və silahlarla təchiz olunan şəxsi heyətin peşəkarlığından və müharibə dövründə ordumuzun göstərdiyi qəhrəmanlıqlardan söz açıb. 

"Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının aparat rəhbəri Azər Cəfərov bildirib ki, bu bayram görüşləri Vətənimizin sadiq keşikçilərinin mənəvi-psixoloji hazırlığına köməklik göstərir, əsgərlərin mübarizlik əzmini daha da artırır. Çıxış edənlər hər iki bayram münasibətilə hərbçiləri təbrik edib, şərəfli xidmətlərində uğurlar arzulayıblar.

Hərbi hissənin kollektivi bu görüşləri yüksək qiymətləndirərək minnətdarlıq ediblər.

Sonra gətirilən bayram sovqatları hərbi hissəyə təqdim olunub.

 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: