Dövlət-xalq-ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi və “Dadaş” şadlıq evinin kollektivləri Ordubad rayonundakı hərbi hissələrdən birinə sovqat aparıblar.

Bu münasibətlə keçirilən görüşdə Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov əsgər və zabitləri bayramlar münasibətilə təbrik edib, onlara hərbi xidmətdə uğurlar arzulayıb. 

Çıxış edənlər bildiriblər ki, bu gün ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordumuzun daha da möhkəmləndirilməsi işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur.  Göstərilən bu diqqət və qayğının nəticəsidir ki, ötən müddət ərzində muxtar respublikada ön xətdə yerləşən hərbi hissələrdə maddi-texniki baza daha da möhkəmlənib. Görüşdə, həmçinin ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan da söhbət açılıb.

Hərbi hissənin zabitləri, mayor Elnur Şəkərov və mayor Kamil Əhmədov gətirilən sovqata və göstərilən diqqətə görə şəxsi heyət adından minnətdarlıq ediblər.

Gətirilən sovqat hərbi hissəyə təhvil verilib.

 Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: