Muxtar respublikada inkişafı xarakterizə edən əsas cəhətlərdən biri də tikinti-quruculuq işlərinin həcminin ilbəil artmasıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hər il yaşayış məntəqələrində yeni inzibati binaların və sosial obyektlərin istifadəyə verilməsinin, yeni yolların çəkilməsinin əhalinin rahat yaşayışına xidmət etdiyini söyləyib. Ali Məclisin Sədri bildirib ki, 2021-ci ildə muxtar respublikada 312 sosial və inzibati obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 168 obyektdə tikinti və yenidənqurma işləri isə davam etdirilib.
“Əhalinin içməli su təminatının yaxşılaşdırılması aparılan quruculuq işlərinin əsasını təşkil edir. Cari ilin ötən dövründə 141 kilometr içməli su xətti çəkilib və 45 kilometrə yaxın xətt təmir olunub, müxtəlifölçülü 6 kaptaj tikilib, 11 kəhrizin bərpası başa çatdırılıb”,-deyə Ali Məclisin Sədri bildirib.