Həkimlər yaylaqda olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərli  rayonunun aidiyyəti təşkilatları və rayon mərkəzi xəstəxanasının həkim briqadası yaylaqlardakı  obaların  sakinləri ilə görüşüblər. Şahbuz rayonundakı  Qanlıgöl  yaylağında olan tibb işçiləri Kəngərli rayonundan olan fermerlər və onların  ailə üzvlərini müayinə ediblər. Müayinələr zamanı aşkar olunan xəstəliklərlə bağlı sakinlərə məlumatlar verilib. Həmçinin yaylaq ərazisində dezinfeksiya işləri aparalıb, mal – qaraya peyvənd vurulub.

Yaylaq sakinlərinə  ticarət  xidməti də göstərilib.  Onlar  üçün ərzaq  və lazım olan digər  məhsulların satışı təşkil olunub.

                                                   Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: