Naxçıvanda bu il 122 kilometr uzunluğunda yeni asfalt yol salınıb

A- A A+

Bu il yol-nəqliyyat infrastrukturunun yenilənməsi tədbirləri də davam etdirilib, 122 kilometr uzunluğunda yeni asfalt yol salınıb, 1 körpünün tikintisi, 5 körpünün isə təmiri başa çatdırılıb. 2021-ci ildə muxtar respublikada dəmir yolu nəqliyyatı ilə 41 min tondan artıq yük və 117 minə yaxın sərnişin daşınıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxışı zamanı deyib.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edən Ali Məclisinin Sədri rabitə və yeni texnologiyaların tətbiqi sahəsində kompleks işlər həyata keçirildiyindən də danışıb. Bildirilib ki, 2021-ci ildə 32 min metrdən çox fiber-optik və 100 min metrdən çox rabitə xətləri çəkilib, yaşayış məntəqələrində 3648 nömrə tutumlu 8 ATS, Sədərək Rayon Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib, 6300-dən artıq yeni internet istifadəçisi qeydiyyata alınıb, 6 yeni poçt bölməsi yaradılıbdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: