Muxtar respublikada xalçaçılığın inkişafı özəl sektora da töhfəsini verir

A- A A+

Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər xalqımızın milli dəyərlərindən sayılan xalçaçılıq sənətinin yaşadılmasına milli mədəniyyətimizin daha geniş şəkildə təbliğinə, eləcə də özəl sektora öz töhfəsini verməkdədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasındakı çıxışı zamanı  iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, 2021-ci ildə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xalçaçılığın inkişafı diqqətdə saxlanılıb, cəmiyyətin Xalq Yaradıcılığı Emalatxanasında və Cəlilkənd Buzxanasında müxtəlif ölçülü 11 ədəd xalça toxunub, 23 ədəd xalçanın satışı həyata keçirilib. Həmçinin mərkəz tərəfindən 923 adda 18 min 879 manat dəyərində əl işi və sənət əsərlərinin sərgi-satışı təşkil edilib, 469 adda 8575 manat dəyərində əl işlərinin satışı həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: