Koronavirusa qarşı vaksin olunanların sayı açıqlanıb

A- A A+

Azərbaycanda gün ərzində 77 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, “buster” doza ilə peyvənd olunanların sayı isə 7 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 11 milyon 346 min 243, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 392, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 676 min 580 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 min 271 nəfər təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: