Naxçıvanda yeni istirahət və əyləncə mərkəzi tikilir - FOTOLAR

A- A A+

Naxçıvan şəhərindəki Əziz Əliyev küçəsində, Naxçıvançayın kənarında müasir istirahət və əyləncə mərkəzi fəaliyyət göstərəcək. Zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq istirahət və əyləncə mərkəzində hazırda tikinti işləri aparılır. Binada əyləncə mərkəzinə gələnlər üçün  kafelər, istirahət otaqları, əyləncə obyektləri, mərkəzə yaxın ərazidə  idman zalı, üzgüçülük hovuzu da nəzərdə tutulub.  Mərkəzin kənarında geniş şadlıq evi də inşa edilir.

Xidmətlərindən yerli sakinlərlə yanaşı əcnəbi turistlərin də istifadə edə biləcəyi istirahət və əyləncə mərkəzi Şərq memarlığı elementlərinə, xüsusilə Naxçıvan memarlıq məktəbinə aid üslubda tikilir. Məhz buna görə bina memarlıq baxımından da diqqəti çəkəcək.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: