Ötən il muxtar respublikada 6300-dən artıq abonent genişzolaqlı internetlə təmin olunub

A- A A+

Bu barədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir. Məlumata görə, həyata keçirilmiş tədbirlər və artan tələbat fonunda ötən il ərzində Naxçıvan şəhərinin bir sıra yaşayış məntəqələrində abonentlərin keyfiyyətli rabitə və internet xidmətlərindən istifadə etmələri üçün yeni avtomat telefon stansiyaları quraşdırılıb. Bir sıra yerlərdə aztutumlu avtomat telefon stansiyaları yüksək montaj tutumuna malik yeni avtomat telefon stansiyaları ilə dəyişdirilib. Həmçinin muxtar respublikanın bütün yaşayış məntəqələrində mövcud avtomat telefon stansiyalarına, ümumilikdə 182 internet platası əlavə edilib. Nəticə etibarilə muxtar respublika üzrə internet istifadəçisinin tələbatının ödənilməsinə şərait yaranıb ki, 2021-ci il ərzində 6300 dən artıq abonent yüksəksürətli ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub.

İnternet verilişində qırılmaların qarşısının alınması və keyfiyyətin artırılması istiqamətində mütəxəssislərin iştirakı ilə evlərdə monitorinqlər aparılıb,  yaranmış nasazlıqlar aradan qaldırılıb.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: