2021-ci ildə Naxçıvanda “Evədək optika” layihəsi uğurla davam etdirilib

A- A A+

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihə çərçivəsində ötən il ərzində Naxçıvan şəhərində 56 fərdi mənzilə fiber-optik kabel xətləri çəkilib, zəruri avadanlıqlar quraşdırılıb. Həmçinin ötən il ərzində muxtar respublikada bir sıra qurumlara yeni inşa olunan kənd mərkəzlərinə fiber-optik xətt çəkilişi davam etdirilib, istismar müddəti ərzində fiber-optik xətt sahəsində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən “Evədək optika” layihəsi  texniki infrastrukturun mövcud olduğu istənilən ərazidə fərdi və korporativ istifadəçilərə təqdim edilməklə, istifadəçilərin bir fiber-optik xətt üzərindən multimedia xidmətlərinin müasir standartlara uyğun təşkilinə imkan verən GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında telefon, internet və İPTV xidmətlərindən istifadəsi üçün imkan yaradır. Texnologiya fiber-optik xətt üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet və digər interaktiv xidmətləri istifadəçilər üçün əlçatan edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: