Qış əyləncəsini ən gözəl yaşayacağınız ünvan - Ağbulaq Xizək Mərkəzi - VİDEO
Hər fəslin öz gözəlliyi olsa da, qış fəsli tamam bir başqa aləmdir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas xüsusiyyət də hər tərəfi ağ örpəyə bürüyən, təbiətə can, ürəklərə sevinc qatan qardır. Muxtar respublikamızın qış turizm mərkəzi olan Ağbulaq Xizək Mərkəzi qar əyləncəsini yaşamaq, təbiətdən zövq almaq istəyənlərin ən çox üz tutduğu ünvandır. Bu günlərdə mərkəz daha səsli-küylüdür. Bayramı fürsətə çevirənlər yolunu Ağbulaqdan salır. Naxçıvan televiziyasının əməkdaşları da mərkəzə təşkil olunan ilk turla birlikdə səyahət edib və maraqlı görüntülər lentə alıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videogörüntüləri təqdim edir:
Yaqub İsayev