Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb

A- A A+

Yanvarın 3-də Azərbaycanda 80 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55, buster doza qəbul edilənlərin sayı isə 7 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 346 min 365, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 419, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 676 min 664, buster doza qəbul edənlərin sayı isə1 milyon 500 min 282 nəfərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: