Qarın yağması ilə əlaqədar muxtar respublikada biotexniki tədbirlər genişləndirilib - FOTOLAR

A- A A+

Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu ərazisində bir neçə gündür yağan qar  qalın qar örtüyünün yaranmasına səbəb olub. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu nəzərə alan parkın əməkdaşları Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ərazidə biotexniki tədbirlərə başlayıb. Biotexniki tədbirlər əsasən çöl heyvanlarının  miqrasiya etdiyi ərazilərdə aparılır. Həmin ərazilərə qaba yem və daş duz qoyulur.

Muxtar respublikanın digər müvafiq ərazilərində də biotexniki tədbirlər davam etdirilir. Bu cür tədbirlər vəhşi faunanın qış fəslindən sağlam çıxmasına münbit şərait yaradır.

                                                                   Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: