Ötən il muxtar respublikada 191 ailəyə 7 milyon 700 min manat ipoteka krediti verilib - VİDEO
Muxtar respublikada əhalinin, xüsusilə də gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni yaşayış komplekslərinin salınması və güzəştli şərtlərlə ipoteka kreditlərinin təklif edilməsi gənclərin mənzil sahibi olmaq arzusunun reallaşmasında mühüm rol oynayır. 2021-ci ildə muxtar respublika üzrə ümumilikdə 191 ailəyə 7 milyon 700 min manat ipoteka krediti verilib. Bu dövr ərzində “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 56 ailə mənzil sahibi olub.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Adilə Səfərova