Bu barədə Dövlət Vergi Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilib. Məlumata görə, Xidmətin və onun yerli qurumları tərəfindən dekabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə aparılan yoxlama və monitorinqlər zamanı 15 vergi ödəyicisində qanunvericiliyin pozulması halları müəyyən olunub. Nəticədə 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 1 vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılması, 1 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmaması, 1 vergi ödəyicisi tərəfindən əhali ilə nəğd hesablaşmaların aparılması qaydalarının pozulması və 11 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması barədə faktlar aşkar olunub və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.