Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yanvarın 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürəti saniyədə 15-20 metr olacağı, arabir 23-25, yanvarın 8-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-30 metrədək güclənəcəyi gözlənilir.
Yanvarın 8-də Azərbaycanın bəzi rayonlarında qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır. Yanvarın 8-i axşam və 9-da gecə bəzi şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var.