Çinin “Chang’E 5” avtomatik fəza cihazı ilə Aydan Yer kürəsinə çatdırılmış torpaq nümunəsində su aşkarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Science Advances” nəşrində dərc olunmuş hesabata görə həmin torpaq nümunəsində 120/1.000.000 qədər miqdarda su olduğu müəyyənləşdirilib. Həmin suyun əsasən Günəş küləyi nəticəsində əmələ gəldiyi güman olunur.
Qeyd edək ki, sözügedən fəza cihazı 2020-ci ilin dekabr ayında Ayda tədqiqat aparıb.