Muxtar respublikada 36 min 569 uşaq haqqında məlumat fərdi məlumat bankına daxil edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvanda uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına dekabr ayı ərzində 168 uşaq haqqında fərdi məlumatlar daxil edilib. Bununla da məlumat bankında fərdi məlumatları daxil edilmiş uşaqların sayı 36 min 569-a çatıb.

Bundan əlavə, özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan sərgi-satışda 10 istedadlı qadının 113 manat dəyərində 19 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunub.

Ötən ay, həmçinin şəhər və rayon icra hakimiyyətlərindən aid kateqoriyadan olan qadınlar haqqında məlumatlar alınıb, komitədə yaradılmış bazaya əlavə edilərək təhlili aparılıbdır. Bununla bağlı Culfa və Ordubad rayonu üzrə 142 qadınla əlaqə saxlanılıb, onlardan 3-ü bərbər-manikürçü, 1-i aşbaz, 1-i dərzilik, 1-i kompüter peşəsi olmaqla, ümumilikdə 6 nəfərin peşə təhsilinə yiyələnməsi üçün məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinə göndərilib.

Ötən ay Şərur rayonunda yaşayan sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü olan qadınlar üçün dekorativ tətbiqi sənət sahəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib, təlimdə ümumilikdə 17 qadın iştirak edib.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən ilin dekabr ayında Sədərək rayonu üzrə tədrisə cəlb edilmiş 44 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 5 müəssisədə, həmçinin uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə 3 uşaq müəssisəsində və valideyn himayəsindən məhrum olan 2 uşağın evində monitorinq keçirilib, uşaq hüquqlarının pozulması halı aşkarlanmayıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: