NDU tələbələri üçün 3 ölçülü xəritələrin və naviqasiya sistemlərinin hazırlanması ilə bağlı təlim keçirilib

A- A A+

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təlimdə Xidmət əməkdaşları və Xidmətin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Geodeziya və xəritəçəkmə”, “Yerquruluşu və daşınmaz əmlakın kadstrı” ixtisaslarında təhsil alan tələbələr iştirak edib.

Coğrafi informasiya sistemlərinin yaradılmasında qabaqcıl təcrübəyə malik  4 MAPS MMC-nin direktoru və layihə rəhbərləri tərəfindən keçirilən təlimdə 3 ölçülü kadastr işlərinin aparılması və xəritələrin tərtib edilməsi, mütərəqqi üsullarla rəqəmsal ünvan xəritələrinin və naviqasiya sistemlərinin hazırlanması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib. Təlim zamanı məlumatların toplanması, emalı, ərazi çəkilişləri zamanı diqqət yetirilməli məqamlar, informasiya bazalarının yaradılmasının, global xəritə platformalarında məlumatların yenilənməsinin əsas prinsipləri barədə izahat verilib, 4 MAPS MMC tərəfindən icra olunan layihələrdən nümunələr təqdim edilib.

Qarşılıqlı müzakirələrlə davam edən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq sahə üzrə beynəlxalq standartların tələbləri barədə məlumatlar verilib.

Qeyd edək ki, naviqasiya sisteminin yaradılması və 3 ölçülü xəritələrin tərtib edilməsi məqsədi ilə 4 MAPS MMC-nin əməkdaşları tərəfindən yanvarın 7-dən etibarən Naxçıvan Muxtar Respublikasında çəkilişlərə və ünvan məlumatlarının toplanmasına başlanılıb. Layihə muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edəcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: