Azad edilən ərazilərdə daha 12 mina aşkarlanıb

A- A A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yanvarın 5-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 6, tank əleyhinə 6 mina və 68 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 57,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: