Şərur rayonunda ordudan tərxis olunan gənclərin məşğulluğu diqqətdə saxlanılır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində keçirilən tədbirdə İdarənin rəisi, polkovnik-leytenant Həsən Məmmədov Vətən qarşısında borclarını şərəflə yerinə yetirən gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, Vətən müharibəsinə Şərurdan da yüzlərlə gənc yollanıb, Qarabağ uğrunda onlarla şərurlu şəhidlik zirvəsinə yüksəlib, qazi adını qazanıb.

İdarə rəisi ölkəmizdə dövlət gənclər siyasətinin uğurlu icrasından danışaraq, bu proqram çərçivəsində gənclərin məşğulluğunun təmin edilməsinin dövlətimizin əsas prioritet sahələrindən biri olduğunu diqqətə çatdırıb.

Tədbirin gedişində ordudan tərxis olunan gənclərə yiyələnə biləcəkləri peşələr barədə məlumatlar verilib.

Sonda hərbi xidmətdən tərxis olunan gənclərə hərbi biletləri təqdim edilib.

Xosrov İbrahimov
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: