Naxçıvanda balaca rəssamların sərgisi olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 sentyabr Bilik Gününə həsr olunmuş uşaqların “İrs mənim yaradıcılığım” adlı rəsm sərgisi açılıb. Rəsm sərgisində 38 istedadlı uşağın  100 -ə yaxın əsəri nümayiş etdirilib. Balaca rəssamlar sərgidə  təbiət mənzərələri, çizgi filmlərin qəhrəmanları, və digər mövzularda  müxtəlif rəsm əsərlərini nümayiş etdiriblər.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, uşaqların rəssamlığa maraq göstərmələri çox sevindirici haldır. Onların istedadlarının üzə çıxarılması, düzgün formalaşdırılması üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb.

Sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub. Uşaqların rəngli dünyası sərgiyə baxmağa gələnlərin diqqətini cəlb edib. Sərgidə fəallığına görə fərqlənən balaca rəssamlar diplomlarla  təltif ediliblər.

 

                                                                                         Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: