Tələbələrin iştirakı ilə Dünya Qoruqlar və Milli Parklar Günü qeyd olunub - FOTOLAR

A- A A+

Yanvarın 11-i Dünya Qoruqlar və Milli Parklar Günüdür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ordubad Dövlət Təbiət Yasaqlığı ərazisində maarifləndirici tədbir keçirib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin tələbələri, həmçinin ekologiya könüllüləri iştirak ediblər.

Tələbələrə Ordubad Dövlət Təbiət Yasaqlığı ərazisində olan muflon və bezoar dağ keçiləri əyani şəkildə göstərilib, gənclər xüsusi binokl və kameralarla heyvanları müşahidə ediblər.

Tədbirdə qeyd edilib ki, muxtar respublika ərazisində ilk xüsusi mühafizə olunan təbiət ərazisi 1969-cu ildə ümummilli liderimizin təşəbbüsü və qayğısı ilə yaradılan və 40 min hektar ərazini əhatə edən Ordubad Dövlət Təbiət Yasaqlığıdır. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə ümumi ərazisi 3 min 139 hektar olan Şahbuz Dövlət Təbiət Qoruğu yaradılıb. Bu tədbirlərin məntiqi davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr, 2009-cu il 22 iyun tarixli sərəncamları ilə yaradılan “Arazboyu” və “Arpaçay” Dövlət Təbiət Yasaqlıqları da ətraf mühitin qorunması, ekologiyanın saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hamiliyinə verilən tələbələrin bu ərazidə olması bitki və heyvanat aləmi ilə yaxından tanışlıq onlarda xoş təəssürat oyadıb.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: