Naxçıvan Muxtar Respublika Prokurorluğunda 2021-ci ilin yekunları müzakirə edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2021-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev prоkurоrluq оrqanları tərəfindən ötən il ərzində qanunların icra və tətbiq оlunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlərlə bağlı məruzə edib.

Bildirib ki, Naxçıvan Muxtar Rеspublikası Prоkurоrluğu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunları və digər normativ-hüquqi aktları rəhbər tutaraq 2021-ci ildə digər hüquq-mühafizə оrqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak etməklə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıb. Həmçinin Naxçıvan Muxtar Respublika Prokurorluğu aidiyyəti qurumlarla birlikdə torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması və torpaqlardan təyinatına zidd istifadə hallarının qarşısının alınması üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsini təmin etməyə çalışıb. 

Hamiliyə verilmiş ixtisaslar üzrə tələbələrlə iş sahəsində görülən işləri diqqətə çatdıran Səbuhi Şahverdiyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarının icrasını təmin etmək məqsədilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələri hesabat dövründə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olub. Keçirilən görüşdə tələbələrə istintaq hərəkətlərinin aparılması, hadisə yerinə baxış qaydaları izah olunub, kitabxana fondu, prokurorluq orqanlarında müraciətlərə baxılması, ittihamı elanetmə qaydaları və ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi barədə məlumatlar verilib.

Kollegiya iclasında Naxçıvan şəhər, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayon prokurorları ötən dövrdə görülən işlərlə bağlı məlumatlar veriblər.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: