Naxçıvanda 2022-ci ilin ilk aktivləri 26 ailəyə təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə ötən il dekabr ayında 26 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. 12 nəfərin hər birinə 2 baş iribuynuzlu, 8 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 3 nəfərə mini yerşumlayan aqreqat, 1 nəfərə təmir-tikinti alətləri, 1 nəfərə inkubator və quş tükü təmizləyən aparat, 1 nəfərə isə bərbər-manikürçü avadanlıqları verilib. Özünüməşğulluğu təmin edilmiş ailələlərin üzvlərindən 5 nəfərini əlilliyi olan, 1 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunan, 1 nəfərini nikahı pozulan, 1 nəfərini ailə başçısını itirən, 1 nəfərini məcburi köçkün, 2 nəfərini şəhid ailəsi üzvləri, 3 nəfərini isə müharibə iştirakçısı olan şəxslər təşkil edib.

Sözügedən aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Sonra  yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.

Qeyd edək ki, bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Babək rayonun Hacıvar kənd sakini Rauf Məmmədov və Kültəpə kənd sakini Səfər Hüseynov həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə onlara otdoğrayan aqreqat verilib.

Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: