Azərbaycan Ordusunun əsgərinin şəhid olması ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi başlanıb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılmış atəş nəticəsində şəhid olması ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, hazırda iş üzrə istintaq davam edir.