ÜST koronavirus əleyhinə yeni vaksinlərin yaradılmasına və mövcud vaksinlərin tərkibinin yenilənməsinə tərəfdar olduğunu bildirib

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 əleyhinə vaksinlərin tərkibi üzrə texniki məsləhətçi qrupu koronavirusun profilaktikasına və onun yayılmasına yüksək təsir göstərən əlavə preparatların işlənib hazırlanmasını zəruri hesab edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə qrupun təşkilatın rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.

Qrup hesab edir ki, xəstəliyin ağır gedişatının və ölüm hallarının qarşısının alınmasından əlavə infeksiyanın profilaktikasına və onun yayılmamasına yüksək təsir edən COVID-19 əleyhinə əlavə vaksinlər vacibdir və işlənib hazırlanmalıdır. Məlumatda bildirilir ki, belə dərmanlar əlçatan olmayanadək, həmçinin “SARS-CoV-2” virusunun inkişaf dərəcəsinə görə COVID-19 əleyhinə mövcud vaksinlərin tərkibinin yenilənməsi tələb oluna bilər.

Qeyd olunur ki, vaksinlərin ÜST kriteriyalarına müvafiqliyinin davam etməsi üçün onlar hazırda koronavirusun dövr edən variantına genetik və antigen baxımdan yaxın olan ştamlara əsaslandırılmalıdırlar.

ÜST təcili tətbiq üçün indiyədək 10 vaksini bəyənib: “Modernа”, “Pfizer”, “Janssen”, “AstraZeneca”, “Sinopharm”, “Sinovac”, “Covaxin”, “Covishield”, “Covovax” və “Nuvaxovid”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: